...

İki Azərbaycan bankı sanksiyaların götürlüməsi ilə bağlı AMB -yə müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı əhalinin əmanətlərinin qəbul edilməsinə qadağa qoyaraq, doqquz bankın fəaliyyətini məhdudiyyətləşdirib və buna görə, onlar Əmanətlərin Sığortalanması Fondunun üzvləri ola bilməyib. Bu barədə AMB-nin idarə heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib. Onun sözlərinə görə, iki bank sanksiyaları götürməyə icazə verən tələblərin yerinə yetirilməsi haqqında Mili Bankı məlumatlandırıb. (Sanksiyalar banklara 10 mln. manat səviyyəsində elan edilən birgə kapitalın minimum məbləğinə uyğunsuzluqla əlaqədar tətbiq edilib).

"Biz yalnız bu bankların qiymətləndirməsini (kapitalın kəmiyyət və keyfiyyət parametrlərini) keçirdikdən sonra AMB-nin idarə heyətinin müzakirəsinə bank lisenziyasına məhdudiyyətlərin götürülməsi haqqında məsələ çıxara bilərik . Hər bank üçün məhdudiyyət müddəti fərdi şəkildə tətbiq edilib", - Aslanlı bildirib.

AMB-nin idarə heyətinin sədr müavini vəziyyət araşdırılanadək bu bankların adını açıqlamaqdan imtina edib.

Trend -a cümə günü AMB-dən verilən məlumata görə, sanksiyalar Kauthar Bank, Euro Bank (keçmiş AzİnvestBank) Azal Bank, Credo Bank, Atlant Bank, Birlik Bank, AFBank, Gunay Bank və Royal Bank-a qarşı tətbiq edilib. Lakin kapitallaşma ilə əlaqədar vəziyyətin yaxşılaşmasına görə, Gunay Bank və Royal Bank bankların bu siyahısından çıxarılıb.

Bu gün ölkədə fəaliyyət göstərən 46 bankdan 37-si Əmanətlərin Sığortalanması Fondunun üzvləridirlər. Fiziki şəxslərin Fonda üzv banklardakı əmanətlər portfeli 1 327,349 mln. manat təşkil edir. Fondun hesabına 1 134,931 mln. manat sığorta edilir.

Fond 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. 2008-ci ilin əvvəlindən maksimal sığorta edilən məbləği altı min manatadək artırıb. 2010-cu il yanvarın 1-dən isə, bu məbləğ 8 min manatadək artırılacaq. Sığorta haqqında Qanuna əsasən, 2008-ci il yanvarın 1-dək Fondan dörd min manatadək əmanətlər sığorta edilirdi.

Xəbər lenti

Xəbər lenti