...

Azərbaycanda yerli istehsal möhkəmlənir – prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 13:25 (UTC +04:00)
Azərbaycanda yerli istehsal möhkəmlənir – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev ölkədə yerli istehsalın möhkəmlənməsi, qeyri-neft və özəl sektorun inkişaf etməsi barədə bəyanatla çıxış edib.

"2007-ci ildə Azərbaycanda adambaşına ÜDM 3,7 min dollar təşkil edib. 2008-ci ildə bu rəqəm 4,5 min dollar olacaq" - deyə bazar ertəsi Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf proqramının icrasının yekunu üzrə Bakıda keçirilən konfransda dövlət başçısı bildirib.

Proqram üzərində iş 2003-cü ildə, Azərbaycanda prezident seçkiləri öncəsi başlanıb. Proqramın icrası bir il sonra başa çatacaq və prezidentin sifarişi ilə ölkə regionlarının inkişafı üzrə yeni beşillik proqram hazırlanacaq.

Prezidentin sözlərinə görə, ötən dörd il ərzində Azərbaycanın iqtisadi inkişafı 96 faiz təşkil edib. Prezident Əliyev ölkənin valyuta ehtiyatlarının 7,3 mlrd. dollar təşkil etdiyini, 2008-ci ildə isə onların iki dəfə artacağını bildirib.

Prezidentin sözlərinə görə, ötən dörd ildə 650 min iş yeri yaradılıb ki, onlardan da 480 mini daimidir.

"Gələcəkdə biz işsizlik və yoxsulluğu tam olaraq aradan qaldırmalıyıq. Ötən dörd il müddətində ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 16 faizə enib" - deyə prezident Əliyev vurğulayıb.

"Mənim üçün ən əsas yoxsulluğun ləğv olunmasıdır. Biz xalqımız haqqında düşünməliyik" - deyə ölkə başçısı bildirib. Prezident əlavə edib ki, Azərbaycanda həyat səviyyəsinin yaxşılaşması hesabına miqrantların sayı azalıb. "Nə vaxtsa ölkədən gedənlər vətənə qayıtmağa başlayıblar" - deyə prezident söyləyib.

Prezident ölkənin neft sektoruna da toxunub. Onun sözlərinə görə, bu sahədə səffaflıq tam təmin edilib.

"Təbii sərvətlər xalqa məxsusdur və bu mənfəətin hara istiqamətləndirilməsini xalq müəyyn etməlidir" - deyə prezident Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti