...

Bakıda fərdi həyət evlərinin qiyməti enib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / " / Yanvarda fərdi həyət evlərinin qiyməti 1,6 faiz enərək, orta qiymət $226724 və ya bir kvadrat metrə $1453 təşkil edib - "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyilənə görə, qiymət azalması bazarda qeyri-mövsümi aylarla bağlı aktivliyin aşağı düşməsi ilə əlaqədardır.

Yanvarda Bakının torpaq bazarında qiymət indeksi 0,8 faiz azalaraq bir sot üçün $23125 təşkil edib. Yanvarda Bakının kommersiya sahələri bazarında qiymət indeksi 1,2 faiz artaraq, bir kvadrat metrə $2,7 min təşkil edib.

Xəbər lenti

Xəbər lenti