...

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi 2007-ci ildə beş lokomotiv alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral/ Trend / 2007-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu 28 mln. ton müxtəlif yük daşıyıb. Bu barədə ADDY-nin məlumatında deyilir. Ötən il dövlət büdcəsindən ayrılan 10 mln. manata beş lokomotiv, 2 mln. manata isə ehtiyat hissələri alınıb.

2007-ci ildə Azərbaycan Dəmir Yolu "Mineralnıe Vodı" (Rusiya) istiqamətində reysləri bərpa edib və "Bakı-Sverdlovsk" qatarının marşrutunu Tümen şəhərinədək uzadıb.

Ötən il 805 yük və 68 sərnişin vaqonunda, iki elektrovozda və 9,9 kilometr yolda əsaslı təmir işləri aparılıb.

ADDY-nin məlumatında deyildiyi kimi, ötən il 4699 yük və 376 sərnişin vaqonunda, yeddi elektrovoz, altı teplovozda və 42,2 km yolda cari təmir aparılıb. Ötən il Araz çayı üzərində dəmir körpünün yenidən qurulmasına başlanılıb. Bu məqsədlər üçün büdcədən 1 mln. 850 min manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti