...

QTİB Azərbaycanın iri özəl bankı üçün kredit xətti açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral/ " / Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) və Azərbaycanın iri özəl bankı "Bank Standard" bu gün Bakıda özəl sektor şirkətləri üçün ticarət-maliyyə əməliyyatlarının aparılması məqsədilə maliyyə əməkdaşlığı barədə saziş imzalayıblar. Bu barədə "Bank Standard"ın cümə axşamı yayılan məlumatında deyilir.

Sənədə əsasən, $8 mln. müddətsiz revolver kredit xətti idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək. Vəsaitlər həmçinin Qara dəniz regionunda yerləşən qurumlarla tərəfdaşlıq edən yerli ticarət şirkətlərinin qısamüddətli maliyyələşdirilməsinə yönəldiləcək.

Sövdələşmə QTİB-in regional ticarətə cəlb olunmuş şirkətlərin dəstəyi programı çərçivəsində həyata keçirilir. "Bank Standard" QTİB-in Azərbaycandakı dördüncü maliyyə vasitəçisidir.

1995-ci ildə təsis edilən "Bank Standard" aktivlərinin ümumi həcmi, kapitalı və ölkənin bankçılıq bazarındakı payına görə Azərbaycanın özəl bankları arasında birinci, ümumilikdə isə ikinci ən böyük bankıdır.

Qara dəniz Ticarət və İnkişaf Bankı regionun 11ölkəsi, o cümlədən Azərbaycanın iştirakı ilə yaradılan beynəlxalq maliyyə institutudur. QTİB dövlət və özəl sektor layihələri üçün maliyyə vəsaitlərini təmin edərək regiondakı iqtisadi inkişaf və əməkdaşlığa dəstək verməkdədir. QTİB-in "Moody's" agentliyi tərəfindən verilən uzunmüddətli depozitlər üzrə "Baa1", qısamüddətli depozitlər üzrə isə "P2" səviyyəsində reytinqi müvcuddur.

Xəbər lenti

Xəbər lenti