...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 16:26 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı,18 fevral / Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8442 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 11-də (1 ABŞ dolları üçün 0,8444 manat), minimum isə fevralın 14-15-də (1 ABŞ dollarına 0,8615 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
4 fevral 0,8450 11 fevral 0,8444
5 fevral 0,8449 12 fevral 0,8442
6 fevral 0,8448 13 fevral 0,8442
7 fevral 0,8446 14 fevral 0,8441
8 fevral 0,8445 15 fevral 0,8441
Həftə ərzində orta 0,84476 Həftə ərzində orta 0,8442

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84394 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi fevralın 12 və 14-də (1 ABŞ dollarına 0,8441 manat), minimum isə fevralın 15-də (1 ABŞ dollarına 0,8436 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 14 fevralda - 0,8440 AZN/USD məzənnəsi ilə $5,147 mln., 12 fevralda - 0,8441 AZN/USD məzənnəsi ilə $2,441 mln., 13 fevralda - 0,8439 AZN/USD məzənnəsi ilə $0,2 mln., 14 fevralda - 0,8441 AZN/USD məzənnəsi ilə -$30,105 mln., 15 fevralda - 0,8436 AZN/USD məzənnəsi ilə $72,989 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
4 fevral 0,8450 11 fevral 0,8444
5 fevral 0,8449 12 fevral 0,8442
6 fevral 0,8448 13 fevral 0,8442
7 fevral 0,8446 14 fevral 0,8441
8 fevral 0,8445 15 fevral 0,8441
Həftə ərzində orta 0,84476 Həftə ərzində orta 0,8442
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
4 fevral 0,8449 11 fevral 0,8440
5 fevral 0,8449 12 fevral 0,8441
6 fevral 0,8449 13 fevral 0,8439
7 fevral 0,8446 14 fevral 0,8441
8 fevral 0,8441 15 fevral 0,8436
Həftə ərzində orta 0,84468 Həftə ərzində orta 0,84394

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət bir manat qalxıb və 16 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti