...

Bakı Banklararası Valyuta Birjası fevralın 19-na olan ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 19 fevral tarixdə USD/AZN ortaölçülü məzənnəsi, hər ABŞ dollarına görə, 0,8441 AZN təşkil edib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8441 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 882 085 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8441 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 1 045 000 ABŞ dolları və ya 882 085 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 261 250 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcm 618 850 AZN təşkil edib. Manatın orta məzənnəsi avroya nisbətən 1,2377 AZN təşkil edib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,21%, ABŞ dolları üzrə isə illik 16,07% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti