...

Türkiyə səfirliyi Azərbaycana keyfiyyətsiz türk quş məhsullarının satılması haqqında məlumatı təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral/ Trend / Azərbaycanın Respublika Quşçuluq Cəmiyyətinin Türkiyədən ölkəyə keyfiyyətsiz dondurulmuş quş məhsulları gətirildiyi haqqında bəyanatı həqiqətə uyğun deyil. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin cümə günü yayılmış məlumatında deyilir.

Məlumatda deyilir ki, "quş qripinə" görə Türkiyədə quş məhsulları satışının azaldılması və ya geri qaytarılmış, vaxtı ötmüş malların satışı haqqında söhbət belə gedə bilməz.

"Respublika Quşçuluq Cəmiyyətinin bəyanatı həqiqətə uyğun deyil", - məlumatda qeyd edilir.

2007-ci ilin dekabrında Azərbaycanın quşçular cəmiyyəti analoji məhsulun idxalına görə, daxili bazarda yerli istehsallı quş məhsullarının reallaşdırılmasıda çətinliklər haqqında bəyanat verib. Cəmiyyətin məlumatında qeyd edilirdi ki, daxili quş əti bazarında ciddi problemlər var. Belə ki, əcnəbi ölkələrdən Azərbaycana böyük həcmdə ucuz quş məhsulları və toyuq yumurtası gətirilir, yerli istehsalçılar isə, "məhsulları anbarlar üçün istehsal edirlər".

" Əsasən Türkiyə, İran, Polşadan idxal edilən məhsullar aşağı keyfiyyətli olur. Türkiyədə bir toyuq yumurtasının dəyəri 0,1 - 0,11 manatdır. Azərbaycan bazarında uzun səyahətdən sonra o, 0,08 - 0,09 manata satılır", - məlumatda deyilir.

Cəmiyyət qeyd edir ki, yerli quşçuluq müəssisələri əhalinin quş ətinə olan tələbatını 80 faiz, toyuq yumurtasına olan təlabatını isə tam təmin edirlər.

Respublika Quşçuluq Cəmiyyətinin tərkibinə 29 müəssisə (Mardakan Broyler, Siyazan Broyler, Devechi Broyler, Zira Broyler, Arco Co, Imishli Broyler, Shamkir Broyler və s.) daxildir. Onlardan 28-i quşçuluq, bir şirkət baytarlıq dərman preparatlarının distribüteridir. Azərbaycanda quşçuluq sahəsində çalışan insanların sayı 15-20 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti