...

Azərbaycanda pensiya sisteminin yığım komponentinin tətbiqinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 14:12 (UTC +04:00)
Azərbaycanda pensiya sisteminin yığım komponentinin tətbiqinə başlanılır

Azərbaycan, Bakı, 25 fevral / " , müxbir U.İsmayılova/ Azərbaycanın Sosial Müdafiə Fondu ABŞ-ın Ticarət və İnkişaf Agenliyi - USTDA-nın texniki dəstəyi ilə Azərbaycanın pensiya sistemi üzrə islahatların III mərhələsini reallaşdırmağa başlayır. Bu barədə bazar ertəsi Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov məlumat verib.

"İslahatların üçüncü mərhələsində pensiya sistemi üzrə yığım komponentinin tam olaraq tətbiq ediməsi nəzərdə tutulur" - deyə Müslümov bildirib.

Bu gün Fond və USTDA pensiya sisteminin islah edlməsi layihəsi üçün 600 min dollar həcmində qrantın ayrılması barədə müqavilə imzalayıb. Layihənin ümumi dəyəri 1,111 mln. dollardır.

İslahatların üçüncü mərhələsi Dünya Bankının Azərbaycnda pensiya sisteminin təkmilləşdirilməsi layihəsini (Pensiya islahatlarının I və II mərhələsi) davam etdirəcək. Bu layihənin 2008-ci ildə yekunlaşdırılması nəzərədə tutulurudu, lakin onun müddəti uzadılacaq.

Müslümovun sözlərinə görə, bu günlərdə yığım modeli sisteminin işlənməsi və tətbiqi üzrə konsultantın seçilməsi üçün tender elan olunacaq.

O bildirib ki, layihə həmçinin Fondun maliyyə strukturuna keçirilməsi üçün də nəzərdə tutulub. Hazırkı layihə üzrə yığılan vəsaitin (əhalidən ödəmələr) mənfəət əldə etmək üçün depozit hesabı kimi banka və ya digər təşkilatlara qoyulması nəzərdə tutulur. Əldə olunan mənfəət yenidən pensiyaçıların hesabına köçürüləcək.

Bu vəsaitin konkret olaraq hara qoyulması və hansı modelin tətbiq edilməsi müəyyən olunmayıb. Bütün bunlar modelin tam olaraq hazırlanmasından sonra həll olunacaq. Müslümov bildirib ki, əsas bu mənfəətin ölkədəki istehlakçı qiymətlərindən aşağı olmamasıdır.

Onun sözlərinə görə, model həmçinin daxili maliyyə bazarının inkişafına imkan yaradacaq və bununla əlaqədar qanun layihəsinin hazırlanması mümkün olacaq.

Müslümov bildirib ki, model ilin sonuna qədər hazırlanacaq və hökumətə təqdim olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti