...

Azərbaycan BNP Paribas ilə hələlik bir yol layihəsi üzrə kredit müqaviləsi imzalamağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ " müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Muğanlıdan Yevlaxadək (Bakı-Şamaxı-Yevlax magistralının bir hissəsi) və Yevlax-Zaqatala-Gürcüstan sərhədinədək avtomobil yolunun yenidən qurulması layihəsi üzrə Fransanın BNP Paribas bankı ilə danışıqları başa çatdırıb. Bu barədə bazar ertəsi Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat veriblər.

Birinci sahənin uzunluğu 156, ikincinin isə, 164 km-dir.

"Artıq kredit müqaviləsinin imzalanması üçün səlahiyyətlərin alınmasına görə, sərəncam layihəsi hazırlanır", - nazirlikdəki mənbə qeyd edib.

Əldə olunan razılaşmaya görə, BNP Paribas layihənin reallaşdırılması üçün İsrailin ASHRA Sığorta Korporasiyasının zəmanəti altında, dörd ili güzəştli olmaqla, 14 il müddətinə və libor+0,45 illik faiz dərəcəsi ilə $320 mln. kredit ayıracaq. Əvvəllər bank $120 mln. kommersiya şərtlərilə olmaqla, $500 mln. ayırmağa hazır olub. Danışıqların gedişində Azərbaycan fransız bankının kreditinin kommersiya hissəsindən imtina edib.

Nəqliyyat Naziriliyində qeyd ediblər ki, Hacıqabul-Kürdəmir-Qazaxdan Gürcüstan sərhədinədək avtomagistralın iki xətlidən dörd xətliyə genişiləndirilməsi layihəsi üçün, ikinci kredit üzrə BNP Paribas ilə danışıqlar hələ davam edir. Bank Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBİC) və Yaponiyanın Nexy Sığorta Agentliyinin zəmanəti altında bu layihə üçün $400 təklif edir. İlkin razılaşmaya görə, bu vəsaitlər Nexy-nin sığortası altında illik libor+0,75 faiz dərəcə ilə, 4-5 ili güzəştli olmaqla, 20 il müddətinə təklif edilib.

Xəbər lenti

Xəbər lenti