...

BMK Azərbaycanda biznes mühiti üzrə monitorinqə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir İ.Xəlilova / Beynəlxalq Maliyyə Korparasiyası (BMK) bütün ölkə üzrə sahibkarlar arasında aparılan biznes mühiti üzrə geniş sorğuya başlayıb. Bu barədə BMK-nın Azərbaycan Respublikasındakı nümayəndəsi Aliyə Əzimova məlumat verib. Sorğunun nəticələri cari ilin ikinci rübündə açıqlanacaq.

"Bu, ölkə hökuməti ilə analoji sahə üzrə gələcək işlərin müəyyən edilməsində bizə kömək edəcək. Belə bir sorğu layihənin reallaşdırılmasının sonunda hazırlanacaq və onun gedişi zamanı işləyəcəyimiz sahələrdə irəliləyişi müəyyən etmək üçün kiçik sorğular da həyata keçiriləcək" - deyə Əzimova bildirib.

Bu tədbirlər ötən ildən reallaşdırılmasına başlanan investor hüququnun müdafiəsi və kapital bazarının inkişafı üzrə Azərbaycana texniki yardım layihəsi çərçivəsində həyta keçiriləcək və beş ilə nəzərdə tutulub. Korporasiya nümayəndəsinin sözlərinə görə, biznes mühiti üzrə monitorinqini keçirmək üçün hazırlanan metodologiya Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə təqdim olunacaq. Belə ki, o, artıq gələcəkdə monitorinqin keçirilməsinə dair istəyini bildirib.

BMK biznes mühiti üzrə analoji layihələri bir çox ölkələrdə - Ukrayna, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətlərində (Bu yaxınlarda Tacikistan və Özbəkistanda başlanıb) reallaşdırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti