Azərbaycan, Bakı, 29 fevral / " müxbir V.Məmmədov / Bu il Gəncədə həyət evlərinin qiyməti təxminən dörddə bir dəfə, çoxmərtəbəli binalardakı mənzillərin isə 15-20 faiz artıb, - daşınmaz əmlak bazarı iştirakçıları bildiriblər.
Torpaq sahələrinin qiyməti ötən ilə nisbətən 30-40 faiz bahalaşıb, - məlumatda deyilir.
"Hazırda şəhər kənarındakı dörd sot torpaq sahəsi $10 min, Gəncənin mərkəzində isə bir sot torpaq sahəsi $10 mindir", - bazardakı mənbə deyib.
Qiymətlərin artması səbəbindən əksər vətəndaşlar daha çox şəhər kənarındakı qəsəbələrdə bir və iki otaqlı mənzillər almağa üstünlük verirlər.
Şəhərin mərkəzində orta təmirli birotaqlı mənzilin qiyməti $30-35 min, Gəncənin kənarında isə $30 minə çatır. İkiotaqlıları isə şəhərin mərkəzində $45-55 minə, qəsəbələrdə isə $30-37 min arasında almaq mümkündür.
Hazırda Gəncədə daha 16 hündürmərtəbəli bina inşa edilir.