...

Bakıda 10 min pirat DVD və CD disk satışdan götürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində Antiinhisar Xidməti 10 mindən çox pirat DVD və CD diskləri satışdan götürüb. Bu barədə Xidmətin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Antiinhisar xidməti və istehlak bazarı üzərində nəzarət xidməti Bakıda topdan və pərakəndə satış məntəqələrində audiovizual sənaye malllarının monitorinqini həyata keçirirlər.

Monitorinq nəticəsində üzərində istehsal müəssisələri (studiyalar), onların nömrələri və ünvanları göstərilməyən DVD və CD disklərin satışı faktları aşkar edilib.

Məlumatda deyilir ki, yoxlama aparılan məntəqələrdə əcnəbi filmlərin topluları olan DVD disklər və yerli ifaçıların topluları olan CD disklər aşkar edilib.

Bütün bu mallar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində qediyyatdan keçirilmədən satılıb. Aşkar edilən bütün qanunsuz məhsullar satışdan götürülb.

Bakıda audiovizual sənayeninin monitorinqi davam edir.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti