...

2008-ci ildə yol infrastrukturunun tikintisinə qoyulan milli investisiyalar 30 dəfə artacaq -nəqliyyat naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2008 13:45 (UTC +04:00)
2008-ci ildə yol infrastrukturunun tikintisinə qoyulan milli investisiyalar 30 dəfə artacaq -nəqliyyat naziri

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanın Nəqliyyat Nazirliyi 2008-ci ildə10 piyada keçidi tikmək niyyətindədir. Bu barədə nəqliyyat naziri Azərbaycan prezidentinin iştirakı ilə infrastrukturun inkişafına həsr olunmuş müşavirədə məlumat verib.

Nazirliyin planına yaxın illərdə şəhərin mərkəzi hissələrində çoxmərtəbəli avtomobil dayanacaqlarının tikintisi də daxilidir.

Nazirlikdə 2008-2011-ci illərdə Bakı şəhərində 30 piyada keçidi, 14 yol qovşağı, 7 çox mərtəbəli avitomobil dayanacağı, eləcə də 96 kilometr uzunluğunda yeni avtomobil yolunun tikintisi də nəzərdə tutulur.

Nazir qeyd edib ki, 2006-cı ildə infrastrukturun inkişafı üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıbsa, artıq 2007-ci ildə bu məbləğ 130 mln. manat olub, 2008-ci ildə isə 162 mln. manata çatıb.

İnfrastrukturun inkişafı üçün milli investisiya qoyuluşunun məbləği 2004-ci ildə16,3 mln. manat olub, 2007-ci ildə bu rəqəm 464 mln. manat təşkil edib, 2008-ci ildə isə 522 mln. manat məbləğində təsdiq olunub.

Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən infrastrukturun inkişafına 2007-ci ildə 99,3 mln. dollar vəsait cəlb edilib, 2008-ci ildə isə bu məbləğ 250 mln dollara qədər artırılacaq.

Azərbaycanın Nəqliyyat Nazirliyi ölkənin 22134 kilometr magistral yollarına xidmət göstərir. Bu yolların 1684 kilometri beynəlxalq magistrallar, 2669 kilometri respublika əhəmiyyətli,13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində olan ,3,3 min kilometri isə rayon ərazilərində olan yollardır. Körpülərin ümumi sayı 1201-dir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti