...

Azərbaycanın bank sistemi likvidlik maliyyə böhranının güclü təsirinə məruz qalmayıb – BVF missiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart/ " müxbir İ.Xəlilova/ Azərbaycanın bank sistemi likvidlik maliyyə böhranının güclü təsirinə məruz qalmayıb. Bu barədə Trend -a Beynəlxalq Valyuta Fondu Missiyasının rəhbəri Valeriya Fikera məlumat verib.

"Azərbaycanda xarici kreditlərə açıqlıq dərəcəsi kifayət qədər məhdulaşdırılıb. Buna baxmayaraq, bu il bu faktor artıb - Fikera bildirib. - Lakin hazırda bu səviyyə kifayət qədər aşağıdır və buna görə Qazaxıstana toxunan qlobal böhran Azərbaycan uğurlu anda baş verib. Bu, Azərbaycan Milli Bankı və kommersiya banklarına kapital axını ilə bağlı riski anlamağa imkan verib".

Bu əməliyyatların kiçik həcmini nəzərə alan BVF bunda əhəmiyyətli risk dərəcəsi görmür.

Hazırki səfər çərçivəsində, Valyuta Fondu AMB-ə risklərin analizinə əsaslanan nəzarətin gücləndirilməsi haqqında tövsiyə verib. Missiya rəhbərinin rəyinə görə, nəzarət yalnız standart normativlər əsasında olmamalıdır. Milli bank, mövcud risklər əsasında nəzarətin həyata keçiriləcəyi bankları seçməlidir.

"Bu, gələcəkdə kreditlərin qaytarılması ilə bağlı problemlə üzləşməmək üçün Milli Banka verilən çərçivə tövsiyəsidir. Belə hal, ötən il ərzində banklar tərəfindən kredit yatırımlarının ikiqat artımı ilə bağlı yarana bilər", - Fikera bildirib.

Bundan əlavə, Fond, risk dərəcəsi üzrə kredit əməliyyatları ilə bağlı tövsiyələr verib və bu, bank nəzarətində nəzərə alınmalıdır.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti