...

Naxçıvan Mr -da sənayenin inkişafı təxminən 17 faizi təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir S.Babayeva / Yanvar ayında Naxçıvan Muxtar Respublikasında (NMR) sənaye istehsalının dəyəri 112110,1 min manat təşkil edib ki, bu da 2007-ci ilin analoji dövründən 16,6 faiz çoxdur. Bu barədə NMR -nın Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Ümumi istehsal strukturunda 74,7 faiz ərzaq istehsalının, 25,3 faizi göstərilmiş xidmətlərin payına düşür.

Sənaye strukturunda istehsalın 0,1 faizi hasilat, 75,3 faizi yenidən işlənmə, 24,6 faizi su və elektrik enerjisi istehsalı və paylayıcı müəssisələrin payına düşür.

Sənaye sahəsində özəl sektorun payı 2782,2 min manat, dövlət sektoru 8427,9 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti