...

Bakı Fond Birjasında Milli Bank notlrının yerləşdirliməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend / Martın 29-da Bakı Fond Birjasında Milli Bankın 50101219S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 50 000 000 manat, hərraca çıxarılan həcm 45 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 25 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın şənbə günü yayılan məlumatında bildirilir.

Sifarişlərin nominal üzrə ümumi məbləği 35 657 600 manat təşkil edib. Sifarişlər 99.24% (gəlirlik 11.03%) - 99.41% (gəlirlik 8.55%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.24% (gəlirlik 11.03%) orta ölçülmüş qiymət - 99.36% (gəlirlik 9.28%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi, 451 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla,35 657 600 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 23 Aprel 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti