...

Azərbaycan 2011 -ci ildə daşınmaz əmlakın kadastrı siseminə keçid işlərini sona yetirmək fikrindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanda daşınmaz əmlak kadastrının elektron siseminə tam keçid 2011-cu ildə gerçəkləşdiriləcək. Bu barədə çərşənbə axşamı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov məlumat verib.

"Hazırda Dövlət Xidməti, sisteminin reallaşdırılması üçün elektron kadastrını tətbiq etmiş digər ölkələrin təcrübəsini öyrənməklə məşğuldur" - Qaraşov bildirib.

Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı (BİYB) 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastrının müştərək tətbiqi haqqında saziş imzalayıb. Layihə dörd komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının reyestri və idarəsi; baza kartoqrafiyası və torpaq kadastrı; layihə siyasəti və idarəsinin formalaşdırılması, treninqlər. Layihənin qiyməti 38,57 mln.dollar təşkil edir ki, bundan DB kreditləri payına 30 mln.dollar düşür. Kredit ehtiyatları güzəştli şərtlərlə beş il müddətinə və 20 ilə verilir.

Qaraşov bildirib ki, BİYB ilə müqavilə 2007-ci ilin yayında imzalansa da, layihənin gerçəkləşdirilməsi 2008-ci ildə başlayıb və buna görə də, elektron sistem lokal olaraq, xidmətin bəzi şöbələri arasında istifadə olunur.

Qaraşovun sözlərinə görə, layihənin gerçəkləşdirilməsi məqsədilə, tenderin qalibi Türkiyənin "İNDES" şirkəti Azərbaycanın bütün əraziləri boyunca ortofoto çəkilişləri aparacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti