...

Azərbaycan parlamenti iki hava limanında hava hərəkətinin idarə edilməsi sisteminin inkişafı üçün krediti təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ Trend / Azərbaycan parlamenti Azərbaycan və Fransa hökumətləri arasında Naxçıvan və Gəncə hava limanlarında hava hərəkətinin idarə edilməsi üçün avandalığın alınması ilə bağlı Fransanın Natexis Banques Populaires dövlət bankı tərəfindən kreditin ayrılması haqqında maliyyə protokolunu təsdiq edib.

Kreditin məbləği 14,888 mln. avro təşkil edir. O, illik 1,5 faiz dərəcə ilə 21 il müddətinə ayrılıb (birinci yeddi ili güzəştli). Kreditin əsas məbləği hər yarım ildən bir 28 ödəmə ilə ödəniləcək.

Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan hava limanı yenidənqurmadan sonra 2004-cü ildə istismara verilib. Azərbaycanın qərb regionunda yerləşən Gəncə hava limanı da yenidən qurulub və 2006-cı ildə istismara verilib. Hər iki hava limanı beynəlxalq statusa malikdir.

Xəbər lenti

Xəbər lenti