...

Azərbaycanın ÜTT ilə danışıqlarının V raundunun tarixi təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 07:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir İ.Xəlilova / Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyi mayın 6-da Cenevrədə işçi qrupu ilə Azərbaycan hökuməti danışıqlarının beşinci raundunun keçirililəcəyi tarixi təyin edib. Bu barədə çərşənbə günü danışıqlar qrupunun rəhbəri, AR xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Bu tarixlər bir neçə dəfə dəyişdirilib. İldən- ilə ÜTT-yə namizəd ölkələr üçün tələblər sərtləşir, ona görə də, hökumət ölkənin maraqlarını nəzərə almaqla, hazırkı prosesi maksimal dərəcədə sürətləndirmək niyyətindədir. Azərbaycan ÜTT-yə inkişaf etmiş ölkə statusunda daxil olmağa cəhd göstərir, bu da aqrar sahə üçün10 faizə qədər maliyyə yardımı əldə etməyə imkan verəcək.

Danışıqlar qrupu Azərbaycanın maraqlarını müdafiə etmək üçün ÜTT-yə daxil olan ABŞ və Aİ kimi əsas "oyunçular"la qarşı-qarşıya gəlməlidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti