...

Naxçıvan Muxtar Respublikasına 16 milyon manatdan çox sərmayə yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel / Trend , müxbir S.Babayeva/ Yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasına (NMR) 16,6 mln. manat sərmayə yatırılıb. Bu göstərici 2007-ci ilin analoji dövr göstəricisindən 38,9 faiz çoxdur. Bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Bu dövr ərzində tikinti-montaj işlərinə yatırılan sərmayələrin həcmi 24,7 faiz artaraq 14,3 mln. manata çatıb.

Yanvar-fevral ərzində NMR-in tikinti müəssisələri tərəfindən 11,5 mln. manatlıq iş aparılıb ki, bu da 2007-ci ilin analoji dövrünün göstəricilərindən 23,5 faiz çoxdur.

Həyata keçirilən tikinti işlərinin 7,2 mln. manatı yeni tikililər, yenidənqurma və bərpa, 4 mln. manatdan çoxu əsaslı təmir, 248,3 min manatı cari işlərin, 64,5 min manatı isə digər tikinti işlərinin payına düşüb.

Xəbər lenti

Xəbər lenti