...

İslam İnkişaf Bankı Azərbaycanın regionlarında depozitar xidmətlərin inkişafına $250 mindən çox vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ Trend / İslam İnkişaf Bankı Milli Depozitar Mərkəzin filial şəbəkəsinin genişləndirilməsi üçün Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə $259,7 min vəsait ayırıb. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Qrantın əsas məqsədi Azərbaycanın Qiymətli Kağızlar bazarının inkişafı ,sərmayədarlar və bazarın digər iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır.

Milli Depozit Mərkəzinin filial şəbəkəsinin genişləndirilməsi üzrə proqrama əsasən, Gəncə və Lənkəranda filialların açılması nəzərdə tutulub. Birinci filial Naxçıvanda təsis edilib.

Xəbər lenti

Xəbər lenti