...

Azərbaycan Milli Bankı təkrar maliyyələşdirmə dərəcələrinə yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / müxbir İ.Xəlilova/ Azərbaycanda inflyasiyanın artımına təsir edən sikkə amilləri üzərində nəzarətin gücləndirilməsi məqsədilə, Azərbaycan Milli Bankı (AMB) idarə heyətinin qərarı ilə, aprelin 10 -dan uçot dərəcəsi 13 faizdən 14 faizədək artırılıb. Bu barədə cümə axşamı AMB -dən məlumat veriblər. Bu qərarla "faiz dəhlizinin" minimal həddi 5 faizdən 3 faizədək azaldılıb, maksimal hədd isə 19 faizdən 20 faizədək artırılıb.

Bu addım artan ümumi tələbat şəraitində kredit ekspansiyasını məqbul səviyyədə saxlamağa, maliyyə sektoruna potensial təhlükələrin məhdudlaşdırılmasına, faiz siyasətinin möhkəmləndirilməsi çərçivəsində banklararası pul bazarının inkişafını dəstəkləməyə yardım edəcək.

Təkrar maliyyələşdirmə dərəcəsinin və "faiz dəhlizinin" maksimal həddinin artırılması real faiz dərəcələrini müsbət səviyyədə saxlamağa, minimal həddin azaldılması isə, banklararası pul bazarının inkişafını təmin etməyə imkan verəcək.

"Faiz dəhlizinə" yeni yanaşmanın tətbiqi və uçot dərəcəsinin azaldılmasının əsas məqsədi artıq pul təklifinin məhdudlaşdırılması və bununla da inflyasiyaya təsirin azaldılmasıdır. AMB gələcəkdə də sikkə və qeyri-sikkə amillərinin monitorinqinin davam etdirilməsi niyyətində olduğunu qeyd edir və inflyasiyanın səviyyəsindən asılı olaraq, uçot dərəcəsinin dəyişdirilməsini nəzərdən keçirəcək.

2007-ci ilin ikinci rübündən AMB-nin əməliyyatları üzərində "faiz dəhlizinin" tətbiqi və uçot dərəcəsinin artırılması ölkə iqtisadiyyatında dezinflyasiya təsiri yaradıb. Milli Bankdan yığım normalarının artırılması və ümumi xərclərin məhdudlaşdırılması yolu ilə dezinflyasiya prosesinin gücləndirilməsi məqsədilə, çevik faiz siyasətinin davam etdirilməsini vacib hesab edirlər.

Azərbaycan Milli Bankının hazırki rəsmi məzənnəsi 0,83 AZN/USD təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti