...

Əmək Müfəttişliyi Azərbaycanın tikinti şirkətlərini əməkdaşlığa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 16:35 (UTC +04:00)
Əmək Müfəttişliyi Azərbaycanın tikinti şirkətlərini əməkdaşlığa çağırır

Azərbaycan, Bakı, 11 aprel/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əmək Müfəttişliyi istehsalatda bədbəxt hadisə və qəzaların qarşısının alınması üçün tikinti şirkətlərini müfəttişliklə əməkdaşlıq etməyə çağırır. Bu barədə cümə günü müfəttişliyin rəhbəri Nəbi Şükürlü məlumat verib.

"Yanvar-martda istehsalatda 22 ölüm hadisəsi baş verib. Onlardan 7-si tikinti sektorunun payına düşüb", - Şükürlü bildirib.

Əmək müfəttişliyinin məlumatlarına görə, 2007-ci ildə tikinti sektorunda 71 nəfər həlak olub.

Şükürlü bildirib ki, tikinti sektorunda bədbəxt hadisələrin sayının azaldılması üsullarından biri, maarifləndirmə işlərinin mütəmadi aparılması və burada tikinti iştirakçılarına texniki təhlükəsizlik qaydaları və əməyin mühafizəsi üsullarının aydınlaşdırılmasıdır.

Əmək müfəttişliyi yerli tikinti şirkətlərinin nümayəndələri üçün ilk dəfə olaraq "Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi" mövzusunda kurslar keçirib.

Şükürlü bildirib ki, müfəttişlik tikinti sektorunda bədbəxt hadisələrin sayının azaldılması üçün, həm yerli, həm də əcnəbi tikinti şirkətləri üçün kursların keçirilməsini davam etdirmək niyyətindədir.

2007-ci ilin avqustunda Bakının mərkəzi küçələrindən birində tikilməkdə olan 16 mərtəbəli bina uçub və nəticədə, 25 nəfər həlak olub. Azərbaycan prezidenti avqustun 30-da "Tikinti sektorunda işlərin gücləndirilməsi haqqında" fərman verib və bundan sonra Əmək Müfəttişliyi tikinti işlərində müntəzəm reydlər keçirir. Müfəttişlik 10 tikinti şirkətinin işini dayandırıb. Hazırda səkkiz şirkət problemlərin aradan qaldırılması ilə bağlı, işi davam etdirməyə icazə alıblar. İki şirkət hələ də yenidənixtisaslaşma mərhələsi keçir.

Müfəttişliyin məlumatına görə, hazırda Bakıda 800-dən çox bina tikilir.

Xəbər lenti

Xəbər lenti