...

Azərbaycanın qeyri-bank kredit təşkilatının portfelinin ilin sonunadək 51 mln. manat artırılmasını planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / " müxbir C.İsmayılova/ Qeyri-bank kredit təşkilatı "Cred Agro" ilin sonunadək porfelini 51 mln. manata çatdırmağı planlaşdırır. Bu barədə cümə günü təşkilatın kredit əməliyyatları üzrə sədr müavini Orxan Həsənov məlumat verib.

"Təşkilat portfelini cəlb olunmuş kreditlər hesabına artıracaq" - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda təşkilatın 15-dən çox sərmayəçisi var.

2007-ci ilin yekunlarına görə, təşkilatın portfeli 10 mindən çox layihə üzrə 32 mln. manat təşkil edib. Şirkətin Nizamnamə kapitalı yeddi mln. manat olub. 2007-ci ildə şirkət Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 3 mln. dollar məbləği bütövlüklə mənimsəyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti