...

Avrozonada inflyasiya enerji daşıyıcılarının qiymətlərinin artımı fonunda 3 faizi ötəcək - İsveçrənin UBS bankı

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir A.Bədəlova/ Avropanın ikinci ən iri bankı olan İsveçrənin UBS bankının proqnozlarına görə, Avrozonada inflyasiya oktyabr ayına qədər üç faizdən yüksəkdə duracaq.

"İnflyasiya əsasən enerji və qida məhsullarının qiymətlərinin artması fonunda davam edir. Avrozonada inflyasiyanın ən son rekord göstəricisi 3,5 faiz olub", - deyə bankdan Trend a məlumat verilib.

2008-ci ilin martında Avrozonanın 15 ölkəsində inflyasiya yeni maksimum rekord həddinə çatıb. İstehlak qiymətlərinin illik artımı 3,5 faiz təşkil edib ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir. Fevral ayında Avrozonada inflyasiya 3,3 faiz təşkil edib.

İsveçrədə pərakəndə satış qiymətlərinin rekord həddi 1993-cü ildən müşahidə olunmayıb. UBS bankı ölkədə qiymətlərin gələcəkdə enməsini proqnozlaşdırır.

UBS Birləşmiş Krallıqda qiymətlərin sonrakı artımını da proqnozlaşıdırıb. Hazırda Krallıqda inflyasiya 2,5 faizə çatıb.

Skandnaviya ölkələrində inflyasiya səviyyəsi 3 faiz təşkil edir ki, bunun da 2 faizi Norveç və İsveçin payına düşür. "Hər iki ölkənin qısamüddətli perspektivlərində inflyasiyanın artımı müşahidə olunacaq"b - deyə bankdan məlumat verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti