...

Litva Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir K.Ramazanova/ Litvanın Baş naziri Qediminas Kirkilas bazar ertəsi, aprelin 21-də Azərbaycana səfər edəcək. Səfər zamanı Baş naziri Litvanın hökumət üzvləri və iş adamları müşayiət edəcəklər. Bu barədə şənbə günü Trend a Litvanın Azərbaycandakı səfiri Kestitus Kudzmanas məlumat verib.

Səfir bildirib ki, səfər zamanı iki ölkə arasında daha mühüm ticari-iqtisadi əməkdaşlıq məsələləri, beynəlxalq və regional iqtsadiyyat və nəqliyyat layihələri, enerji əməkdaşlığı məsələləri müzakirə olunacaq.

Səfir bildirib ki, səfərin ilk günündə Baş nazirin prezident İlham Əliyev, Baş nazir Artur Rəsizadə və nəqliyyat naziri Ziya Məmmədovla görüşləri nəzərdə tutulub.

Kudzmanasın sözlərinə görə, Baş nazir və nəqliyyat nazirlərinin görüşünün yekununda iqtisadi əməkdaşlıq, Azərbaycan və Litva arasında hökumətlərarası komissiyanın yaradılması və kombinasiya edilmiş daşınmalar barədə müqavilələrin imzalanması gözlənilir.

Səfərin ikinci günü Bakıda iki ölkənin biznes dairələri nümayəndələrinin iştirakı ilə biznes-forum keçiriləcək.

Litva Azərbaycana yüksək texnologiyalar, elektrotexnika, sənaye məhsulları, istehsal proseslərinin idarəçilik sistemi və bankomatlar təklif edir. Səfirin sözlərinə görə, Litva bankları Azərbaycan bazarında fəaliyyət göstərməkdə maraqlıdır. Dövlət həmçinin Azərbaycandan neft-kimya məhsulları, texniki yağlar və digər məhsulların idxalında da maraqlıdır. İxrac sənayesi sürətlə işləyən Litva Avropa İttifaqının üzvü kimi də Azərbaycanla təcrübəsini bölüşə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti