...

"Bank Standard" öz kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən QSC "Bank Standard" KB-nın faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Emissiyanın həcmi 3.000.000 AZN təşkil edir, istiqrazın nominal dəyəri 100 AZN, istiqraz üzrə gəlirlilik 15%, tədavül müddəti isə 365 gün təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Istiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat: "Standard Capital" MMC -dir

Xəbər lenti

Xəbər lenti