Qazaxıstan, Astana, 29 aprel/ Trend müxbir K.Konırova/ Qazaxıstan sərhədçiləri ölkədən iri valyuta partiyasının çıxarılması cəhdinin qarşısını alıblar. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verib.
Sərhəd Xidmətinin press-relizində bildirilir ki, "Aktau avia" sərhəd nəzarəti şöbəsinin sərhəd dəstəsi rəsmən bildirmədən Azərbaycana valyuta partiyası keçirməyə cəhd göstərən Livan vətəndaşını saxlayıb.
Mətbuat xidmətinin məlumatına əsasən, livanlı qanunsuz olaraq Aktaudan Bakıya yola düşən təyyarə ilə $21,2 mindən artıq məbləğdə vəsait keçirməyə cəhd göstərib.
"Əcnəbi "Aktau" gömrük postunun əməkdaşlarına verilib", - mətbuat xidmətindən bildiriblər.
Qazaxıstanda $3 mindən çox vəsaitin (istənilən valyuta ekvivalentində) ölkədən çıxarılması zamanı, məbləğ məcburi olaraq rəsmi bəyan edilməli, məbləğ $10 mindən çox olduqda isə bu vəsaitin qanuniliyini təsdiqləyən sənədlər olmalıdır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]