...

Biləcəridəki lokomotiv deposunun işçiləri əmək haqqının iki dəfə artırılmasını tələb edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Dəmir Yolunun Bakının Biləcəri qəsəbəsindəki lokomitv deposunun işçiləri cümə günü əmək haqqının minimum iki dəfə artırılması tələbi ilə tətil elan ediblər. Bu barədə Trend -a cümə günü tətil iştirakçılarından biri məlumat verib.

2007-ci ilin sonundan aprelədək depo işçiləri 30 manat məbləğində kompensasiya alıblar. Vəsaitləri hamı almayıb. Belə ki, məzuniyyətdə və ya xəstəlik məzuniyyətində olan əməkdaşlara kompensasiya verilməyib.

"İndi bizə deyirlər ki, aprelin birindən 28,6 manat əlavə edilməklə əmək haqqı alırıq. Əmək haqqında əlavənin məbləği, vəzifəsindən asılı olmayaraq, bütün depo işçiləri üçün eynidir" - tətil edənlərin nümayəndəsi bildirib.

Dövlət Dəmir Yolunun mətbuat xidmətindən bildiriblər ki, cari ilin aprelin 1-dən dəmir yolunun bütün əməkdaşlarının əmək haqqı 28,6 manat artırılıb. Bu, həmçinin, tətil edənlərə də toxunub. Bugün dəmir yolu üzrə orta əmək haqqı artırılmayadək olan 274 manata qarşı 302 manat təşkil edir.

"Biləcəridəki lokomotiv deposu əməkdaşlarının tətili ölkənin dəmir yolunun fəaliyyətinə, yük və sərnişin daşınmasına təsir etməyib", - ADDY-dən bildiriblər.

Bu deponun əməkdaşları fevralda da əmək haqqının artırılması tələbi ilə tətil keçiriblər. Dəmir yolunun rəhbərliyi ilə görüşdən sonra tətil dayandırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti