...

Azərbaycanda kənd təsərrüfatının inkişafı çörəyin qiymətini sabitləşdirməyə yardım edəcək – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2008 14:16 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatının inkişafı çörəyin qiymətini sabitləşdirməyə yardım edəcək – ekspert

Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda kənd təsərrüfatının intensiv inkişafı çörəyin qiymət artımından qaçmağa yardım edə bilər. Bu barədə bazar ertəsi ölkənin Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin keçmiş rəhbəri Oqtay Haqverdiyev məlumat verib.

"Azərbaycanda kənd təsərrüfatının inkişafında səpin sahələrinin genişləndirilməsi üsulu tətbiq edilir. Lakin eyni sahədən məhsuldarlığı iki dəfə artırmaq daha səmərəli olardı", - Haqverdiyev bildirib.

Haqverdiyev hesab edir ki, təsərrüfatların birləşdirilməsi yolu ilə hər hektardan məhsul yığımı orta hesabla 48 faiz artırılaraq 40 sentnerə çatdırılarsa, Azərbaycan şəxsi istehsal hesabına özünün daxili bazarını tam təmin edə bilər.

Azərbaycanın taxıla olan illik tələbatı 3 mln. ton təşkil edir ki, bunun da 1 mln. tonu idxal edilir.

"Azərbaycan taxıla olan tələbatını özü ödəsə belə, biz dünyada baş verən proseslərdən qaça bilməyəcəyik və ərzaq mallarının qiymət artımı qaçılmazdır", - Haqverdiyev söyləyib.

Ekspertin rəyinə görə, artıq bir barelinə görə 120 ABŞ dollarını ötən neftin qiymətləri ərzaq mallarının qiymətinə təsir göstərən vacib faktorlardan biridir. "Təbiət və işçi qüvvəsindən əlavə, kənd təsərrüfatında ən vacib elementin texnika olduğunu nəzərə alsaq, qiymət artımı qaçılmazdır", - Haqverdiyev bildirib.

Ötən həftədən etibarən Azərbaycanda çörəyin qiyməti 0,30 manatdan 0,40 manatadək artıb. Qiymət artımı apreldə Qazaxıstanın dünyada taxılın qiymətinin artması fonunda daxili bazarın müdafiəsi məqsədilə sentyabradək öz taxılının ixracına qoyduğu qadağa ilə əlaqədardır.

2007-ci ilin yayında Azərbaycanda çörəyin qiyməti 0,20 manatdan 0,30 manatadək artıb. Ekspertlərin rəyinə görə, qiymət artımına səbəb ixracatçı ölkələrdə - Rusiya və Qazaxıstanda məhsulun azalması olub. Bundan əlavə, yayda Azərbaycan ixrac edilən taxılın hər tonuna əlavə edilmiş 22 avroya görə, Rusiyadan taxıl ixracını dayandırıb. Rusiyadan taxıl ixracı hələ bərpa edilməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti