Azərbaycan, Bakı, 07 may/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda ərzaq məhsullarının qiymətinin azalması subsidiyaların ləğvi, texnika, avadanlıq, zərərverici həşəratların məhvi üçün vasitələrin fermerlərə güzəştli şərtlərlə verilməsinin tətbiqi hesabına baş verə bilər. "İqtisadi Tədqiqatlar Mərkəzi" QHT-nin rəhbəri Qubad İbadoğlu belə hesab edir. 2008-ci ildə fermerlər üçün subsidiyalar qismində dövlət büdcəsindən 80 mln. manat ayrılıb.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi də ərzaq mallarının qiymətinin azalmasına yardım edə bilər. Ekspertin rəyinə görə, Fitosanitar Nəzarət və Meliorasiya Xidməti bu nazirliyin tabeliyinə verilməlidir.
Ötən həftədən Azərbaycanda çörəyin qiyməti 0,30 manatdan 0,40 manatadək artıb. Bu Qazaxıstanın dünyada taxılın qiymətinin artması fonunda daxili bazarın müdafiəsi məqsədilə, 2008-ci ilin sentybarınadək taxıl ixracına qoyduğu qadağa ilə bağlıdır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]