Azərbaycan, Bakı, 7 may / Trend müxbir A.Bədəlova/ Qazaxıstanın höküməti üç nazirliyə, taxılın Azərbaycan şirkətlərinə çatdırılması məsələsinə baxmaq tapşırığı verib. Göstəriş bu malın ixracının apreldən payız aylarına qədər qüvvədə olduğu şəraitdə verilib.
"Azərbaycan tərəfinin məktubu Qazaxıstanın hökümətindədir. Kənd təsərryfatı nazirliyinə, ədilyyə nazirliyinə və xarici işlər nazirliyinə bu məsələyə baxmaq barədə tapşırıq verilib". Bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.
Aprel ayında Qazaxıstan bu növ malın ixracını, qiymətlərin artımı nəticəsində daxili bazarın qorunması və bəzi fermerlərin taxılın ölkə daxilində daha böyük qiymətlərlə vermək istəyindən, dayandırmışdır.
Azərbaycanın taxıla olan illik təlabatı 3 mln. ton təşkil edir. Onlardan 1 mln. tonu idxal olunur. Azərbaycanın şirkətləri Qazaxıstanın taxılın ixracına qoyulmuş qadağadan əvvəl müqavilələr bağlamışlar və müəyyən məbləği ödəmişdirlər. Lakin aprel ayından bu şirkətlər problemlərlə üzdəşdilər.
"Biz xəbərdarıq ki, Azərbaycanın bəzi şirkətləri malın behini verib. Bu məsələyə hal hazırda baxılır və yaxınlarda öz həllini tapacaq", deyə Primbetov bildirib.
Aprelin sonunda taxılın Qazaxıstandan Azərbaycana çatdırılması məsələsi Astanada iqtisadi inkişaf üzrə hökümətlərarası komissiyada müzakirə olunmuşdur.
"Əgər Qazaxıstanda taxıl ehtiyatı varsa, onlar Azərbaycana çatdırılacaq. Yoxdursa, şirkətlər mıhsulun yenidən yığılmasını gözləməli olacaqlar", deyə Qazaxıstanın səfiri vurğulayıb.