...

"UniLeasing"in bölgələr üzrə lizinq portfeli 5 milyon dolları keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / " / Cari ilin 1 may tarixinə olan vəziyyətə görə "UniLeasing" QSC-nin bölgələr üzrə lizinq portfeli $5,1 mln. təşkil edir . "UniLeasing"in regional nümayəndəliklərinin bağladıqları sazişlərə əsasən, $7 mln. dəyərində obyektlər və avadanlıqlar lizinqa verilib. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında bildirilir.

Regional nümayəndəliklər arasında ən yaxşı nəticələr şirkətin regional lizinq portfelinin 50,3%-ni təşkil edən şimal-qərb regionu üzrə qeydə alınıb. Portfelin 20.4% - cənub-şərq, 14,2% - şimal və 15% - şimal-şərq regionunun payına düşür.

Cari ilin aprel ayının sonuna qədər bölgələrdə nəzərdə tutulan lizinq portfelinin formalaşması üzrə illik plan $4,96 mln. AZN həcmində müəyyən edilib və beləliklə də illik plan vaxtından əvvəl yerinə yetirilib.

Regionların Sosial-Iqtisadi Inkişafı Proqramına uyğun olaraq və şirkətin, ölkənin bütün ərazisində hər növ peşəkar lizinq xidmətlərinin göstərilməsi üzrə əsas strategiyasına əməl edərək "UniLeasing" hal-hazırda Gəncə (respublikanın şimal-qərb regionu), Lənkəran (cənub-şərq regionu), Quba (şimal-şərq regionu) və Şəkidə (şimal regionu) öz filiallarını açıb.

Xəbər lenti

Xəbər lenti