Qazaxıstan, Astana, 12 may / Trend , K.Konırova/ Bu həftə Tacikistan prezidenti Emomali Raxmonun Qazaxıstana rəsmi səfəri gözlənilir. Bu haqda bazar ertəsi Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Erjan Aşikbayev bildirib.
"Səfər çərçivəsində siyasi, ticari-iqdisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin, Mərkəzi Asiya regionunun aktual problemləri müzakirə olunacaq", - Aşikbayev əlavə edib.
Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qazaxıstan və Tacikistan arasında ticarət dövriyyəsi 2007-ci ildə 303,5 mln.$ təşkil edib. Bu göstərici 2006-ci illə müqayisədə 64 faiz artıb. Qeyd etmək lazımdır ki,Qazaxstanın ixracı 278,5 mln.$, idxal isə 25 mln.$ təşkil edib.