...

Ərzaq mallarının dünya üzrə qiymətinin qalxması yoxsulluğun artmasına səbəb olacaq – WFP-in rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir S.Babayeva/ Ərzaq mallarının dünya üzrə qiymətinin qalxması, şübhəsiz ki, bütün ölkələrdə, o cümlədən Azərbaycanda yoxsulluq səviyyəsinin artmasına gətirib çıxaracaq. Bu barədə çərşənbə axşamı BMT-nin Ümumdünya Ərzaq Prjqramının (ÜƏP) (World Food Program-WFP) Azərbaycan üzrə nümayəndəsi Linn Miller (Linn Miller) bildirib.

"Dünya Bankının qiymətləndirməsinə görə, bu gün qiymət artımı fonunda, əlavə olaraq 100 mln. insan yoxsulluq həddinə çatıb. Heç bir ölkə bundan yayına bilməz", - deyə o bildirib.

Millerin sözlərinə görə, bu səbəbdən, ÜƏP donorlardan əlavə 800 mln. dollar istəyib. Bundan əlavə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (İFAD) yardıma ehtiyacı olan ölkə hökumətləri ilə birgə yoxsulluq səviyyəsinin azaldılması üçün, bu ölkələrdə ərzaq istehsalının artırıması yollarını axtaracaq.

ÜƏP-də hesab edirlər ki, dünya üzrə qiymət artımı Proqram fəaliyyətində iki aktual problem - təbii kataklizm və münaqişələrin artması ilə yanaşı, yaranan çətinliklərdən biridir.

Dünyanın iri humanitar təşkilatı olan ÜƏP 1963-cü ildə BMT sistemində ərzaq yardımı orqanı qismində təsis edilib. Təşkilatın məqsədi inkişaf edən ölkələrdə yoxsulluğa yardım, yoxsulluq və aclıqla mübarizədən ibarətdir. Ötən il ÜƏP-in büdcəsi 3,2 mlrd. dollar təşkil edib. Təşkilatın dünyada təxminən 11 min əməkdaşı var.

Xəbər lenti

Xəbər lenti