...

Rusiyanın pivə istehsalçısı "Baltika" Azərbaycanda zavod alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend / "Baltika" pivə şirkəti" ASC Azərbaycanda ən iri pivə zavodu olan "Baku Castel"i alıb. "Baku Castel" Fransanın "Castel" şirkətinin törəmə müəssisəsidir. Bu barədə cümə axşamı Bakıda keçirilən telefon mətbuat konfransı çərçivəsində "Baltika"nın prezidenti Anton Artemyev məlumat verib.

Rusiya şirkəti müəssisənin təchizatının tamamlanmasına $20 mln. yatırmaq niyyətindədir. Hazırda "Baku Castel" müəssisəsinin istehsal həcmi 3 mln. dekalitr pivə təşkil edir. Müəssisənin yeni sahibi bu həcmi 4,5 mln. dekalitrədək artırmaq niyyətindədir.

Müəssisəd "Baltika" şirkətinin buraxdığı bütün pivə növlərinin istehsalını həyata keçirmək planlaşdırılır.

"Baku Castel" zavodu ildə 6 mln. dekalitr istehsal gücü və istehsal həcminin 10 mln. dekalitrədək artırılması imkanı ilə 2000-ci ildə yaradılıb.

"Baku Castel" MMC-nin təsisçisi B.I.N. Eastern şirkəti (Fransa) Xırdalan zavodunu tamamilə yenidən qurub və 1999-cu ildən pivə istehsalına başlayıb. "Group Castel" birləşmiş şirkəti dünyanın 40 ölkəsində pivə və digər içkilər istehsal edir.

"Baku Castel" şirkəti hər il öz istehsal həcmini artırır və illik satış artımı 30 faiz təşkil edir. Bu fakt "Baku Castel"in peşəkarlığı və təcrübəsi, həmçinin şirkətin aktivində bütün Azərbaycan ərazisini əhatə edən inkişaf etmiş və ciddi distribyuter şəbəkəsinə malik olduğundan xəbər verir.

"Baltika" şirkəti Rusiyanın doqquz regionunda 10 pivə zavodunu birləşdirir. Şirkətin əsas sahibkarı (Nizamnamə kapitalının 85,6 faizi) "Baltic Beverages Holding"dir (BBH).

Xəbər lenti

Xəbər lenti