Azərbaycan, Bakı, 19 may / Trend / Bakıda Azərbaycanın Dəmir Yol İdarəsi ilə Koreyanın Dəmir Yol Şəbəkəsi arasında dəmir yollarının inkişafı, texniki əməkdaşlığın davam etdirilməsinə dair üzrə qərşılıqlı anlaşma memorandumu imzalanıb. Bu barədə Azərbaycan Dəmir Yol İdarəsinin bazar ertəsi yayılan məlumatında bildirilir.
Saziş ümumi maraqlar çərçivəsində ölkələr arasında əməkdaşlığın inkişafını nəzərdə tutur.
Sənəd Azərbaycanın Dəmir Yol İdarəsinin rəhbəri Arif Əsgərov və Koreyanın Dəmir Yol Şəbəkəsinin sədri Li Sunq Kvon arasında imzalanıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]