Azərbaycan, Bakı, 19 may / Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0009 bənd möhkəmlənib (0,09 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,82754 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 12-də (1 ABŞ dolları üçün 0,8283 manat), minimum isə mayın 13-də (1 ABŞ dollarına 0,8269 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
5may | 0,8287 | 12 may | 0,8283 |
6may | 0,8280 | 13 may | 0,8269 |
7 may | 0,8280 | 14 may | 0,8276 |
8 may | 0,8292 | 15 may | 0,8275 |
9 iyun | - | 16 may | 0,8274 |
Həftə ərzində orta | 0,828475 | Həftə ərzində orta | 0,82754 |
Ötən həftənin yekununa əsasən , Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, manatın ABŞ dollarına münasibətdə birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,82668 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi mayın 12-də (1 ABŞ dollarına 0,8273 manat), minimum isə mayın 13-də (1 ABŞ dollarına 0,8260 manat) müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 12-də - 0,8273 AZN/USD məzənnəsi ilə $4,850 mln., mayın 13-də - 0,8260 AZN/USD məzənnəsi ilə $21,745 mln., mayın 14-də - 0,8266 AZN/USD məzənnəsi ilə $2,330 mln., mayın 15-də - 0,8266 AZN/USD məzənnəsi ilə $1,965 mln., mayın 16-da - 0,8269 AZN/USD məzənnəsi ilə $1,565 mln. və mayın 9-da - bayrama görə heç bir saziş qeydə alınmayıb.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
5may | 0,8287 | 12 may | 0,8283 |
6may | 0,8280 | 13 may | 0,8269 |
7 may | 0,8280 | 14 may | 0,8276 |
8 may | 0,8292 | 15 may | 0,8275 |
9 iyun | - | 16 may | 0,8274 |
Həftə ərzində orta | 0,828475 | Həftə ərzində orta | 0,82754 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
5 may | 0,8280 | 12 may | 0,8273 |
6 may | 0,8270 | 13may | 0,8260 |
7 may | 0,8270 | 14 may | 0,8266 |
8 may | 0,8282 | 15 may | 0,8266 |
9 may | - | 16may | 0,8269 |
Həftə ərzində orta | 0,82755 | Həftə ərzində orta | 0,82668 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinin qiyməti sabit olub və keçən həftənin 17 manat səviyyəsində qalıb.
Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu ildə bitir.