Azərbaycan, Bakı, 20 may/ Trend , müxbir İ.Xəlilova/ Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda nəqliyyat layihələri üzrə yeni kuratoru Don So Pyo (Doong So Pyo) Bakıya səfərini iyunun əvvəlinədək təxirə salıb. Səfər bu həftəyə planlaşdırılmışdı. Bu barədə çərşənbə axşamı AİB-in Bakı nümayəndəliyindən məlumat veriblər. Əvvəllər bankda bu vəzifəni yol layihələri üzrə aparıcı ekspert Honq Vanq tutub.
AİB nümayəndəsi səfəri zamanı Azərbaycanda yol layihələri üçün 2007-ci ilin sentyabrında $500 mln. dəyərində təsdiq edilmiş multitranş paketin (Multitranche Financing Facility - MFF) (bunun $200 mln. Masallı-Astara yolunun yenidən qurulması üçün ayrılıb) qalan vəsaitlərinin istifadəsi üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq niyyətindədir. AİB MFF vəsaitlərinin hesabına Yevlax-Gəncə və Qazax - Gürcüstan sərhəddi qərb-şərq avtomagistalının sahələrinin yenidənqurma layihəsinin bahalaşmasını maliyyələşdirməyə hazırdır. İlkin qiymətləndirmələrə görə, Gəncə ətraf yollarının tikintisinə əlavə olaraq $50-60 mln. ayrıla bilər.
Uzunluğu 88,8 km olan birinci sahə -- Yevlax-Gəncə sahəsinin ümumi dəyəri 58,7 mln. dollar təşkil edir. Onlardan 10,4 mln. dollar İslam İnkişaf Bankının, 11 mln. dollar Səudiyyə İnkişaf Fondunun, 24 mln. dollar AİB və 13,3 mln. isə, Azərbaycan hökumətinin payına düşür. Uzunluğu 38,8 km olan ikinci sahə Qazax-Gürcüstan sərhəddi 30 mln. dollar məbləğində qiymətləndirilir. O AİB- in 28 mln. dollarlıq krediti və Azərbaycan payı (2mln.dollar) hesabına maliyyəlşdiriləcək.
Qonaq dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə $550 mln.-ın ayrılması imkanlarını müzakirə etməyə hazırdır. Bu vəsaiti bir neçə dəmir yolu layihəsinin bir paketdə cəmlənməsini nəzərdə tutan multitranş paket çərçivəsində ayırmaq nəzərdə tutulur.
"Səfər müddətinin dəyişdirilməsinin əsas hədəfi, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə vəsaitlərin cəlb edilməsi ilə bağlı müəyyənləşmək üçün hökumətə vaxt verməkdir", - bankın nümayəndəliyindən bildiriblər.
Lakin, proqram hələ təsdiq edilməyib. Hökumət bu prosesi ləngitməmək üçün beynəlxalq maliyyə təşkilatları, xarici banklarla vəsaitlərin cəlb edilməsi barədə danışıqlar aparır. Ilk razılıq DB ilə, $450 mln. ayrılması barədə əldə edilib.
Dövlət Proqramının dəyəri 1,252 mlrd. manat dəyərləndirilir
Mayın 20-ə olan rəsmi məzənnə - 0,8262 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]