...

Bakıda CAREC – nəqliyyat və ticatərin inkişafına yardım üzrə Komitənin iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir İ.Xəlilova / Mayın 10-13-də Bakıda CAREC (CAREC - Mərkəzi-Asiya regional iqtisadi əməkdaşlıq) Proqramı çərçivəsində, nəqliyyat və ticarətə yardım üzrə Komitənin iclasının keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı Asiya İnkişaf Bankının (AİB) Bakı nümayəndəliyindən məlumat verilib.

CAREC-in tədbiri Azərbaycanın hazırda Proqrama sədrlik etməsi ilə əlaqədar 2008-ci ildə Bakıda keçiriləcək. Nəqliyyat məsələləri üzrə ilkin məsləhətləşmələr aprel ayında "Ticarət məntiqi və CAREC dəhlizlərinin səmərəliliyniə dair monitorinq üzrə" seminarda aparılıb.

Bu görüş zamanı Bakı ikinci nəqliyyat dəhlizində (Çin- Orta Asiya-Avropanı əhatə edir) yüklənmə mərkəzi qismində təklif olunub. Bu dəhlizin tikintisi ötən ilin sonunda təsdiq edilən regionda nəqliyyatın inkişafı və ticarətə yardım Proqramı çərçivəsində, CAREC-in iştirakçı ölkələri tərəfindən təklif olnub.

Bu, Bakıda böyük loqistika mərkəzinin yaradılmasına imkan yaradacaq. Belə ki, Çindən gətirilən bütün yüklər Azərbaycan sərhəddindən daşınacaq. Bu yüklərin daşınması və emalı milli avtodaşıyıcılar tərəfindən həyata keçiriləcək.

Bu Proqram CAREC-in 8 iştirakçı dövlətindən keçən və ümumi dəyəri 18 mlrd. dollar olan altı nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. Bu dəhlizlərdən ikisi Azərbaycanı Qazaxıstan və Türkmənistan ilə birləşdirəcək və avtomobil, hava və dəmir yolu əlaqələrinin inkişafını nəzərdə tutur.

Ötən il AİB ilə CAREC-də iştirak edən digər maliyyə institutları tərəfindən təqdir edilən nəqliyyat dəhlizlərinin inkişafı üzrə maliyyələşdirilmənin ümumi həcmi 1,2 mlrd. dollar təşkil edir. Bu məbləğin 680 mln. dolları Asiya İnkişaf Bankı tərəfindən ayrılıb.

AİB Mərkəzi Asiyanı Azərbaycanla birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı əsaslı təhlil aparmaq üçün, Azərbaycana məsləhətçilər göndərməyi planlaşdırır.

AİB tərəfindən Azərbaycan üçün təsdiq edilən maliyyələşdirmənin multitranş mexanizmi (MMM) nəqliyyat dəhlizinin inkişafı istiqamətində atılan addımlardan biridir. Bu mexanizm nəqliyyat layihələrinin reallaşdırılması üçün 500 mln. manqnat ayrılmasını nəzərdə tutur.

CAREC - səkkiz iştirakçı ölkə (Əfqanıstan, Azərbaycan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AİB, AYİB, BMF, İİB, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlığından ibarədir.

Mayın 20-ə olan rəsmi məzənnə 0,8262 AZN/USD.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti