...

Bu il Azərbaycanda nəqliyyat sisteminin inkişafına təxminən 500 mln. manat sərf olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.İsmayılov/ Nəqliyyat Nazirliyi Bakı buxtası rayonunda körpü inşasını beş il ərzində tamamlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı, Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Hazırda danışıqlar aparılır, layihənin maliyyə tərəfləri müzakirə olunur.

Sözügedən körpü Bakı buxtasının iki tərəfini (Bayıl və Zığ rayonu qəsəbələrini) birləşdirməli və Bakı şəhərinin nəqliyyat infrastrukturunu yüngülləşdirməlidir.

Həsənov əlavə edib ki, bu il ölkə büdcəsindən nəqliyyat sisteminin inkişafı üçün 162 mln. manat ayrılıb. Əcnəbi investisiyalarla bu məbləğ 500 mln. manat təşkil edəcək.

Həsənov onu da qeyd edib ki, Azərbaycan nəqliyyat sisteminin inkişafına dair beş illik proqram çərçivəsində, təxminən 4 mlrd. manat sərf etmək nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti