...

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi Koreyadan 500 lokomotiv alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2008 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (DYİ) Koreyadan yeni 50 lokomotiv almaq niyyətindədir. Bu barədə çərşənbə günü jurnalistlərə Bakıda Beynəlxalq nəqliyyat sərgisinin açılışında DYİ-nin baş mühəndisi Qurban Nəzirov bildirib. Sərgi ITECA şirkəti tərəfindən təşkil olunub.

Onun sözlərinə görə, bir lokomotivin dəyəri təxminən 5-6 mln. dollar təşkil edir. Lokomotivlər 2008-12-ci illərdə dəmir yolunun inkişafı üzrə Dövlət Proqramı çərçivəsində alınacaq.

Yeni lokomotivlər dəyişən cərəyandan (Hazırda dəmr yolunun elektrovozları daimi cərəyanla işləyir) istifadə ilə işləyəcək. Dəyişən cərəyana keçidin DYİ ilə Dünya Bankının birgə həyata keçirdiyi layihə çərçivəsində tətbiq ediləcəyi güman olunur. Bu layihə üzrə məsləhətçinin seçimi üzrə tender artıq elan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti