...

"Bank Respublika" kapitalını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2008 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Respublika" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Emissiyanın həcmi 10.000.000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 2 manat təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə, Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində "Respublika İnvest" MMC anderrayter vəzifəsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti