...

Bu gün "Bakı-Astana-Bakı" reysi ilə Astanaya ilk təyyarə gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2008 02:59 (UTC +04:00)

Qazaxıstan, Astana, 28 may/ Trend müxbir K.Konırova/ İki ölkənin - Azərbaycan və Qazaxıstan paytaxtları arasında mütamadi təyyarə reysi açıldı.

Bu gün "Bakı-Astana-Bakı" reysi ilə Astanaya birinci təyyarə gəlib. Bu hadisə Azərbaycanda qeyd olunan Respublika Gününə təsadüf edilmişdir. Birinci 60 sərnişini hava limanında gül və təbriklərlə qarşıladılar. İndi həftənin çərşənbə günləri qazaxstanlılar kimi, azərbaycanın vətəndaşları da 6 saatlıq üçüşla iki ölkənin hava məkanını keçə bilərlər.

"Bu yalnız başlanğıcdır. Vaxt ötdüqçə ümidvarıq ki, iki ölkə arasında reyslərin sayı daha artıq olacaq", deyə azərbaycan avişirkətin nümayəndəsi İradə Əliəkpərova mətbuat konfransında jurnalistlərə bildirb. O, xatırladdıı ki, bu gün Qazaxıstanda 300 min azərbaycanlı yaşayır. Axır illırdə iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq aktivləşib. Bu isə ona əsas verir ki, sərnişinlərin qıtlığı olmayacaq.

"Bu böyük tərəqqidir, indiyə kimi Astanadan Bakıya uçmaq üçün 12-14 saat vaxt tələb olunurdu. Bu təqribən Amerikaya çatmaq üçün tələb olunan vaxtdır", - Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qandilov jurnalistlərə bildirib.

Diplomatın sözlərinə görə, mütamadi reysin açılışı xalqlarımız arasında mədəni əlaqalərin inkişafına təkan verəcək.

"Mənim fikirimcə, mütamadi təyyarə reysi bizə imkan verəcək ki, biz bir birimizi yaxşı tanıyaq, bizim bir köklərimiz var. Misal üçün qazaxıstanlılar Bakıya Qız qalasını və yaxud Teymurun qızının məzarını görmək üçün gələcəklər", deyə səfir qeyd etdi.

Qənaət biletinin dəyəri 360 manta və ya $400 təşkil edir. Reys TU-154 təyyarəsi ilə hayata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti