...

Daha bir Gürcüstan bankı Azərbaycan bazarına daxil olmaqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2008 02:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend müxbir İ.Xəlilova/ Gürcüstanın iri banklarından olan Bank of Georgie mövcud banklarda nəzarət paketinin alınması və ya törəmə bankın açılması vasitəsilə Azərbaycanın bank bazarına daxil olmaqda maraqlıdır. Bu barədə cümə axşamı Bakıda, Gürcüstan bankları Assosiasiyasının prezidenti Zurab Qvasaliya məlumat verib.

Yaxın gələcəkdə bu proseslər fəallaşacaq. Bu gün Gürcüstan banklarından yalnız TBC Bank TBC Credit (əvəllər SOA Credit adlandırılıb) bank olmayan kredit təşkilatının kapitalında səhmlərinin 75 faizinin sahibkarı olmaqla Azərbaycanın bank bazarında iştirak edir.

Gürcüstanın bank bazarında artıq Azərbaycanın Beynəlxalq Bankı və Qafqaz İnkişaf Bankı əməliyyatlar göstərirlər.

"Bu inteqrasiya prosesləri çoxdan gedir. Dörd il əvvəl biz Azərbaycanın Banklar Assosiasiyası ilə əməkdaşlıq haqqında protokol imzalamışıq, - Qvasaliya bildirib. Gürcüstan üçün Azərbaycan bazarı həmişə maraqlı olub və Azərbaycan bu gün ən iri ticarət tərəfdaşlarından biridir".

Hazırda milli valyutaların birbaşa kotirovkasının təşkili mövzusunda valyuta birjaları arasında intensiv danışıqlar aparılır. Bu ölkələr arasında ticarət dövriyyəsi üçün böyük dəstək ola bilər. Assosiasiya rəhbəri hesab edir ki, bu bütün ölkələrə toxunmuş dünya maliyyə böhranlarından qaçmağa imkan verəcək. Üçüncü valyutanın tətbiqi daha az itkilərə səbəb olacaq. Belə ki, bir valyutadan asılılıq vəziyyəti çətinləşdirir.

Bu gün Gürcüstanda 22 bank fəaliyyət göstərir. Azərbaycanda 46 bank fəaliyyət göstərir və onlardan 21-də xarici kapital iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti