...

Azərbaycan Milli Bankı ölkənin ən iri bankına kapitallaşmanı artırmağı tövsiyə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankı (ABB) bankın Nizamnamə kapitalının üç qat artırılmasına zərurətin yarandığını hesab edir ki, kapitalın artırılması onun adekvatlılığı üzrə normativlərə riayət etməsinə imkan verəcək. Bu barədə ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev məlumat verib.

ABB və Azərbaycan Milli Bankı arasında bank göstəricilərinin normativlərlə uyğun vəziyyətə gətirilməsinə dair protokol imzalanıb və Hacıyev hesab edir ki, kapital artırılmadan bunu etmək mümkün deyil. AMB bu protokol əsasında ABB-yə Nizamnamə kapitalını 300 mln. manatadək artırmağı tövsiyə edib.

"Bankın aktivlərinin artması ilə yanaşı ABB-nin kapitallaşdırılmasını da dəstəkləmək çox vacibdir, - bank rəhbəri qeyd edib. Lakin bu səhmdarların, xüsusilə də əsas səhmdarın - Maliyyə Nazirliyinin qərarından asılıdır".

Bu gün bankın aktivləri 3 mlrd. manat, Nizamnamə kapitalı isə 100 mln. manat təşkil edir. AMB-nin normativlərinə əsasən, kapitalın adekvatlılığına tələb (məcmu kapitalın aktivlərə nisbəti) 12 faiz, Bazel standartları üzrə isə 8 faiz təşkil edir. Hacıyev hesab edir ki, ABB müxtəlif hesablamalara görə kapitalın adekvatlılığı normalarına cavab verir, lakin bir borc götürənə kreditin ayrılması normaları və digər normalar pozulur.

"Bu baş verməsin deyə, həmçinin ölkə iqtisadiyyatının tələbatının artmasını nəzərə almaqla və bizim getdikcə daha çox iri layihələrə cəlb olunan iri dövlət müəssisələrinə xidmət göstərməyimizi nəzərə alaraq, birmənalı olaraq AMB-nin normativlərini pozmamaq üçün bankın kapitalının artırılmasına zərurət var", - Hacıyev qeyd edib.

ABB-də dövlətin payı 50,2 faiz təşkil edir. Kapitalın qalan hissəsi isə özəl səhmdarların vəsaitləri hesabına formalaşdırılır.

İyunun 2-nə olan rəsmi məzənnə - 0,8201 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti