...

Standard Kapital Azərbaycanda broker əməliyyatlarınıən həcminə görə lider mövqeyini saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2008 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend /Mayda Dövlət Qiymətli Kağızlar Bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə Standard Capital başçılıq edir. Şirkət 7 müştəriyə ümumi dəyəri 64,4 mln. manat broker xidmətləri göstərib. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

İkinci yeri 1 müştəriyə ümumi həcmi 50,2 mln. manat olan broker xidmətləri göstərmiş və birincidən 14,3 mln. manat geri qalan International Transaction System tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 25,8 mln. manat məbləği ilə AzerInterTrade qərarlaşıb.

Mayda brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə düşüb. Belə ki, aprel ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 110.4 mln. manat təşkil edib. Bundan başqa, bu ilin may ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı dəyişilməz qalıb - yəni onların sayı 10 olub.

2008-ci il may ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə yeri Xidmətlərin həcminə görə yer Brokerlər Müştərilərin sayı Müştərilərin sayı Əməliyyatlarının həcmi(AZN)
1 1 (-) "Standard Kapital" 8 7 64.420.645,98
2 2 (-) "İnterneyşnl Tranzakşn Sistem" 1 1 50.162.148,12
7 3 (^) "Azərintertreyd"MMC 4 3 25.810.771,12
4 4 (-) "YapıKredi Invest" 1 1 21.297.123,28
9 5 (^) "Texnika Capital Menagment" 3 2 18.714.597,76
5 6 (Ў) "BoB Broker" 2 2 14.737.408,22
6 7 (Ў) "Respublika Invest" 5 3 14.572.418,54
3 8 (Ў) "UniCapital" 8 6 12.071.430,46
- 9 (-) "Brokdil-Az" 1 1 4.714.835,04
10 10 (-) "Kapital Partners" 2 1 3.499.347,78

-Aprel 2008 - May 2008

İyunun 3-nə olan rəsmi məzənnə - 0,82 AZN/USD.

Xəbər lenti

Xəbər lenti