...

Azərbaycan İnvestisiya Şirkəti KFH ilə birgə şirkətin yaradılması planlarını payıza təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 16:30 (UTC +04:00)

Azərbycan, Bakı, 09 iyun/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" payıza Küveyt Maliyyə Evi ilə birgə investisiya strukturunun yayılmasına dair danışıqları başa çatdırmaq və onun qeydiyyatına başlmaq niyyətindədir. Bu barədə bazar ertəsi AİŞ icraçı direktorunun müavini Riad Qasımov məlumat verib. Hazırda onun işinin qurulması konsepsiyası üzərində iş davam edir.

"Biz ilk olaraq Özəl Sektorun İnkişafı İslam Korporasiyası ilə investisiya fondunun yaradılmasına dair birinci analoji təcrübənin fəaliyyətinə baxmaq istəyirik. Bu KFH ilə birgə şirkətə dair işlərin istiqamətini konkretləşdirməyə imkan verəcək", - Qasımov dəqiqləşdirib.

Əvvəllər şirkətin qeydiyyatını mayda həyata keçirmək planlaşdırılıb.

Şirkətin kapitalı birinci iki il ərzində $20 mln. məbləğində formalaşdırılacaq. AİŞ-in iştirak payı $5 mln. təşkil edəcək. Qalan vəsait isə, Küveyt evi tərəfindən yatırılacaq.

KFH ilə layihələr üzrə iş aparılır. İslam strukturları daim kənd təsərrüfatı, infrastruktur, loqistika, nəqliyyat sahələrindəki layihələrdə maraqlı olublar. Bununla əlaqədar, Küveyt Maliyyə Evi ilə daha çox bu istiqamətlərdə işləmək planlaşdırılır.

AİŞ layihələrdə minoritar səhmdar kimi çıxış etmək niyyətindədir. Azərbaycana əsas kapital isə, əcnəbi sərmayədardan gələcək. AİŞ və KFH arasında birgə fondun 2007-ci ilin mayında imzalanan niyyət memorandumu əsasında yaradılması nəzərdə tutulur. Bu fond vasitəsilə Azərbaycanda birgə investisiya layihələri reallaşdırılacaq.

Razılaşmaya əsasən, AİŞ yeni təşkilatın səhmlərinin 25, KFH isə, 75 faizini almağı planlaşdırır. Memorandumda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində, Azərbaycanda investisiya iqliminin inkişafı və daha çox biznes-layihələrin reallaşdırılmasına şərait yaradılacaq.

İyunun 9-a olan rəsmi məzənnə - 0,8169 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti