...

Neftin qiyməti ilin sonunadək dörddə bir dəfə aşağı düşəcək – britaniyalı iqtisadçı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2008 14:00 (UTC +04:00)
Neftin qiyməti ilin sonunadək dörddə bir dəfə aşağı düşəcək – britaniyalı iqtisadçı

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir A.Bədəlova/ Britaniyanın iqtisadi tədqiqatlar üzrə konsaltinq şirkəti "Capital Economics" ilin sonunadək Şimal dənizindən hasil edilən Brent markalı neftin qiymətinin 1 barelinin hazırkı 136 dollardan 100 dollara qədər azalacağını proqnozlaşdırır.

"Biz artan ehtiyat gücünün, dolların fasiləsiz bərpasının 2008-ci ilin ikinci yarasında neftin qiymətini azalmasına təsir göstərəcəyini gözləyirik", - deyə bazar günü Trend a "Capital Economics"in böyük beynəlxalq iqtisadiçısı Culian Cessop (Julian Jessop) bildirib.

Ötən həftə neftin qiyməti bir barelə görə 139 dolları ötmüşdü. Tarix ərzində ən çox nəzərəçarpacaq artımın əsas səbəbləri dolların zəifləməsi, həmçinin, İsral nəqliyyat nazirinin, Tehranın nüvə fəaliyyətini dayandırmayacağı təqdirdə, İranın nüvə obyektlərinə raket zərbələrinin endirilmə ehtimallarına dair bəyanatından sonra, Yaxın Şərqdə gərginliyin kəskinləşməsi olub.

Onun sözlərinə görə, neftin bir barelinə olan qiymətin bir gün ərzində 11 dollar artaması neft bazarının öz əsaslarından yüksək dərəcədə çıxmasından xəbər verir.

Ötən həftənin sonunda Brent neftnin may fyuçersləri bir barelə görə 10,15 dollardan 137,69 dollaradək artıb. Amerikanın yüngül neftinin may fyuçersləri bir barel üçün 10,75 dollar arntaraq 138,54 dollara çatıb.

Şirkət analitikləri Amerika valyutasının 2008-ci ilin sonunadək avroya nisbətdə 1,50 - dək möhkəmlənəcəyini proqnozlaşdırırlar. 2009-cu ilin sonunadək dollar 1,40 avroya qədər artacaq.

Şirkət analitiklərinin prqnozlarına görə, 2009-cu ilin sonuna qədər neftin qiyməti bir barel üçün 95 dollara qədər azalacaq.

Xəbər lenti

Xəbər lenti